Zöhrab Şirinov

Zöhrab Şirinov

Əməliyyat və Kommersiya Direktoru (COO & CCO)

Zöhrab Şirinov HORECA, maliyyə və rəqəmsal xidmətlər sahələrində 25 ildən artıq idarəçilik təcrübəsinə malikdir. O, əməliyyatların idarə edilməsi, biznes proseslərinin optimallaşdırılması, müştəri ehtiyaclarının analizi və kommersiya strategiyalarının qurulması üzrə ixtisaslaşıb.

SEPTEM-də şirkətin kommersiya və operativ fəaliyyətinə rəhbərlik edən Zöhrab Şirinov satış kanallarının inkişafı, biznes proseslərinin səmərəliliyinin artırılması və çevik biznes modellərinin tətbiqinə cavabdehdir.

SEPTEM komandasına qoşulmazdan əvvəl “AzSığorta” ASC-də Sədr müavini kimi satış və əməliyyat bloklarını idarə etmiş, İT və sığorta proseslərinin optimallaşdırılması layihələrinə rəhbərlik etmişdir. Daha əvvəl isə “Beynəlxalq Sığorta Şirkəti” və “HYATT” otellər şəbəkəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Zöhrab Şirinov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit ixtisası üzrə bakalavr dərəcəsinə sahibdir.

linkedin.com/ZokhrabShirinov