Biz kimik?

Biz müştəri yönümlü, həllərə fokuslanan, yüksək dəyərləri önəmsəyən və texnologiyalardan asılı olmayan peşəkar, etibarlı və innovativ proqram təminatı laboratoriyasıyıq.

Septem Logo Icon

Mümkünsüz bir şey yoxdur!

"SEPTEM" şirkəti olaraq texnologiyanın müstəqilliyini aradan qaldırmaq və iş dünyası üçün yenilikləri daha əlçatan etmək missiyasını daşıyırıq. Bizim üçün əsas prioritet müştərilərimizə sadə, rahat lakin güclü və sərfəli həllər təqdim etməkdir. İnnovativ yanaşmamız, yüksək keyfiyyətli məhsullarımız və müştəri yönümlü xidmətlərimiz sayəsində hər bir sahəni daha effektiv və rahat şəkildə həyata keçiririk. Texnologiyanı sizin üçün asanlaşdırırıq və gələcəyin uğurlarına bir addım daha yaxınlaşmağınıza kömək edirik. Biz inanırıq ki, böyük nailiyyətlər sadəliyin gücü ilə əldə olunur və bu yanaşma bizim hər bir işimizdə öz əksini tapır.

Team

Missiya

Müxtəlif sahələrdə müəssisələri bir araya gətirərək, onların xüsusi bacarıq və təcrübələrini birləşdirib mümkün çağırışlara cavab vermək üçün qabaqcıl və innovativ həllər yaratmaq. Yeni imkanları və texnologiyaları araşdıraraq, sadə həllərlə böyük nəticələr əldə etmək və yeni dəyərlərə yol açmaq.

Office

Dəyərlər

Məsuliyyət

Məsuliyyət

Öhdəliklərin icrası və uyğun həllərin tətbiqi

Dürüstlük

Dürüstlük

Deyilən və görülən hər işdə tam şəffaflıq

Davamlılıq

Davamlılıq

Məqsədlərə və dəyərlərə daimi sədaqət

İş prinsiplərimiz

S

Sadəliyin təşviqi

Mürəkkəbliyi, səmərəliyi artıraraq həll edirik və praktikaya önəm veririk.

E

Erkən çatdırma

İşlək proqram təminatının erkən və mütəmadi çatdırılmasını təmin edirik.

P

Proaktiv tərəqqi

Davamlı tərəqqini təşviq edir və müstəsna icraçılığa doğru çalışırıq.

T

Texniki üstünlük

Texniki mükəmməlliyə yüksək diqqət və böyük əhəmiyyət veririk.

E

Etibarlı əməkdaşlıq

Çağırışları alqışlayır və Müştərinin üstünlüyü üçün dəyişkiliyi qəbul edirik.

M

Motivasiya təbliği

Əlverişli mühitdə motivasiyalı peşəkarlar ilə çalışırıq.