
Strateji İdarəetmə və Biznesin İnkişafı Direktoru
Riyad Hüseynov 20 ildən artıq peşəkar təcrübəyə malik biznes strateqi və yüksək səviyyəli rəhbərdir. O, 15 ildən çox top-menecment vəzifələrində həm dövlət, həm də özəl sektorda fəaliyyət göstərib. SEPTEM.tech-də Riyad şirkətin strateji idarəetməsi, korporativ inkişafı, bazarda mövqeləndirilməsi və biznesin genişlənməsi istiqamətlərinə rəhbərlik edir, uzunmüddətli vizionun və innovasiya yönümlü şirkət mədəniyyətinin formalaşmasına töhfə verir.
SEPTEM.tech-in təsisindən əvvəl Riyad Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Synergy Group ASC, AFAM Group MMC və bir sıra özəl layihələrdə yüksək rəhbər vəzifələrdə çalışıb. Onun karyerası strateji planlaşdırma, təşkilati transformasiya, biznesin inkişafı və rəqabətsallaşma sahələrinə yönəlib. Riyad böyük investisiya portfellərinin idarə olunması, kompleks restrukturizasiya prosesləri və dövlət–özəl mühitində rəqəmsal transformasiya təşəbbüslərinin icrasında uğurla liderlik edib.
Riyad Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramını fərqlənmə ilə bitirib və Wharton, Stanford, MIT, Columbia, KTH və UCL kimi dünyanın aparıcı universitetlərində strateji idarəetmə, innovasiya və rəqəmsal transformasiya üzrə icraçı proqramları tamamlayıb.
2015-ci ildə ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə görə Azərbaycan Respublikası Prezidentinin "Tərəqqi" medalı ilə təltif olunub.
İngilis, rus, azər. və türk dillərinə mükəmməl bələd olan Riyad strateji vizionu, komanda yönümlü idarəçilik tərzi, innovasiya və dayanıqlı biznes artımına fokuslanması ilə seçilir.